Ermeni Sorunu setinin ilk kitabı olan bu incelemenin azerice baskısı olan bu kitap; gün yüzüne çıkmamış Rus arşiv belgeleri ve Ermeni kaynaklarıyla konunun bilinmeyen yönlerini ortaya koymaktadır. 1915 yılındaki Ermeni olaylarının doğru bir şekilde analiz edilebilmesi, ancak konun tarihî arka planının anlaşılması ile mümkün olabilir. Bu çalışmada, 1678-1914 tarihleri arasında Ermeni Sorununun değişken yönleri ilk elden kaynaklarla incelenmiştir. **** Məlum olduğu kimi, tarixi hadisə və proses yalnız bir dəfə baş verir, lakin siyasi şəraitə uyğun olaraq zaman-zaman yenidən yazılır və ona müxtəlif cür qiymətlər verilir. Ən dəhşətlisi isə olmayan hadisədən uydurma tarixin quraşdırılmasıdır. Belə quraşdırılan tarixlərdən biri erməni “tarixçilər”inin uydurduqları “erməni soyqırımı” məsələsidir. Türkiyə əleyhinə çirkin məqsədlər üçün istifadə edilən tarixdə olmayan “erməni soyqırımı”nın əsl səbəbləri nədir? “Erməni məsələsi” deyilən məsələ necə meydana çıxmışdır? “Erməni məsələsi”ni ortaya atmaqda böyük dövlətlərin məqsədləri nədən ibarət olmuşdur? Bu və ya digər çoxlu məsələlərin ən mötəbər arxiv materialları və sənədli mənbələr əsasında araşdırılması mühüm elmi və siyasi aktuallıq kəsb edir. Tarixi mənbələr sübut edir ki, uydurma “erməni məsələsi” deyilən məsələ böyük dövlətlər tərəfindən Osmanlı dövlətinin parçalanmasını nəzərdə tutan “Şərq məsələsi”nin tərkib hissəsi kimi düşünülmüş və müəyyən siyasət halına gətirilmişdir. Bu qondarma məsələnin ortaya çıxmasına və böyük dövlətlərin maraqlarına dair ən mötəbər sənəd və materillar Rusiya arxivlərində saxlanılır. Onların elmi dövriyyəyə gətirilməsi, dərindən öyrənilməsi və ümumiləşdirilmiş nəticələrin çıxarılması tarixçilərin qarşısında dayanan vəzifələrdən biridir. Türkiyə tarixçiləri bu problemə dair çoxlu araşdırmalar aparmış və dəyərli əsərlər yazmışlar. Həmin tədqiqat işlərinin arasında Prof. Dr. Seyit Sertçelikin “Erməni məsələsi: ortaya çıxış sürəci. 1678-1914” əsəri özünəməxsus yer tutur. Əsasən Moskva və Sankt Peterburq arxivlərinin materialları əsasında yazılmış bu əsər problemin mahiyyətinə və təkamülünə dair tarixi gerçəklikləri üzə çıxarmağa imkan verdiyindən əhəmiyyətlidir. Xarici dillərə tərcümə edilərək nəşr olunan belə əsərlərin sayəsində məsələ ilə maraqlanan şəxslər erməni tarixçilərinin yazdıqlarının uydurma olduğuna əmin olurlar. Əsərin Azərbaycan dilində nəşrini faydalı hesab edir və müəllifi Prof. Dr. Seyit Sertçelikə yeni yaradıcılıq uğurları arzulayıram. Prof. Dr. Musa Qasımlı